Yeni Kaledoniya Parisdən 4,2 milyard avro istəyir

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyanın Konqresi (yerli parlament) Fransa hakimiyyətindən ilin əvvəlində baş vermiş iğtişaşlardan sonra ada ərazisini bərpa etmək üçün 4,2 milyard avro ayırmağı tələb edən qətnamə qəbul edib.

Böyük səs çoxluğu ilə qəbul edilən qətnamənin mətnində qeyd olunur ki, o, ilk növbədə ölkənin xilasını təmin etmək, ikincisi isə onun bərpasına başlamaq üçün nəzərdə tutulub. Bu məbləğ Yeni Kaledoniyanın illik ÜDM-nin demək olar ki, yarısına uyğundur.

"Bu bərpa, iqtisadi və sosial maliyyə dəstəyi planı... məhv olmaq ərəfəsində olan ölkəmizin sağ qalması üçün vacib elementdir", - "Kaledoniya Birlikdə" qrupunu təmsil edən konqresmen Filip Qomes bildirib.

Bununla belə, bu qətnamə mütləq sənəd deyil və orada göstərilən şərtlər hələ ki Fransa hakimiyyət orqanları ilə razılaşdırılmalıdır. Təşəbbüsə operativ şəkildə baxılmalıdır ki, o, payızda razılaşdırılmaqda olan 2025-ci ilin büdcə layihəsinə daxil edilsin.//Oxu.Az

29.08.2024 03:51
559