Yeni nəsil ucuz “Apple” smartfonu haqqında məlumat açıqlanıb.
Bu barədə “Revegnus” ləqəbi ilə tanınan insayder açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, şirkət SE ailəsinin növbəti cihazı üzərində işləyir.
“Revegnus”a görə, “Aplle” şirkətinin əsas məqsədi cihaz üçün əlverişli qiymət saxlamaqdır.
Materialda deyilir ki, yeni qurğu böyük ehtimalla 429 dollara başa gələcək. Üçüncü nəsil iPhone SE-nin də qiyməti eynidir.
Eyni zamanda, müəllif etiraf edir ki, şirkət inflyasiya, yeni materiallar və digər səbəblərə görə qiyməti bir qədər artırmalı olacaq. Lakin bu smartfonun qiyməti 500 dollardan çox olmayacaq.
Məlumata görə, “Apple” cihaz üçün qiymətləri bu yolla əlverişli və ucuz edəcək:
“Çox güman ki, şirkət iPhone 13 və iPhone 14 smartfonlarını yaratmaq üçün istifadə edilən köhnəlmiş OLED panellərdən istifadə edəcək”.
Yeni “iPhone SE” 2025-ci ilin yazında təqdim ediləcək. Qacet Face ID ilə OLED displey alacaq, ekranın ölçüsü 4,7-dən 6,1 düymədək artacaq. (BAKU.WS)