Qəzaya uğrayan "Embraer 190" təyyarəsində bir neçə Azərbaycan və çeçen ailəsi olub, onlar Yeni il münasibətilə Rusiyadakı yaxınlarına qonaq gedirmişlər.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, təyyarədə bir ailənin 3 üzvü - Gistarov qardaşları İbrahim və Rəşid (şəkildəki), həmçinin bacıları Rəna Yeznaeva olub.
Qroznıda onları qohumları gözləyirdi. Təyyarədə ailənin dostu Anqbazova Məleykə də olub. Onunla da əlaqə yoxdur.
Afaq,
Musavat.com