Yeni ildə Tərtərdə 18 yaşlı gənc öldürülüb, tutulan var.
Bu barədə Musavat.com-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Fuad Quluzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.