Yeni icarə fırıldaqçılığı sxemi – Dələduzlar arendatorlara kələk gəlir

Rusiyada fırıldaqçılar icarədarları aldatmaq üçün yeni sxem hazırlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

Yeni ssenariyə görə, fırıldaqçı özünü potensial kirayəçi kimi təqdim edərək ev/obyekt sahibi ilə əlaqə qurur. Sonra, guya rahatlıq üçün o, messencerdə ünsiyyəti davam etdirməyi təklif edir. Yeni söhbətdə maxinator qurbanın etibarını qazanmağa davam edərək, kirayə götürdüyü mənzilin əlavə fotoşəkillərini, ünvanını alır və ona digər kiçik suallar verir.

Sonradan, fırıldaqçı söhbəti sənədlərin imzalanmasına gətirir, lakin bunu canlı olaraq etmir, məşhur ixtisaslaşmış xidmət vasitəsilə edir. Fırıldaqçı əmin edir ki, lazımi məlumatları özü daxil edəcək, bundan sonra müqavilədə göstərilən məbləği köçürəcək. Növbəti mesajda cinayətkar ev sahibinə fişinq linki göndərir, klikləməklə o, bilmədən varidatını naməlum şəxslərə köçürür.

Bundan əvvəl ruslara mənzil fırıldaqçısını müəyyən edə biləcək əlamətlər göstərilib. Qeyd edildiyi kimi, hiyləgərlər əməliyyata üçüncü şəxsləri - notariusları və ya vəkilləri cəlb etməkdən çəkinirlər.

Onu da qeyd edək ki, Rusiya və digər ölkələrdə sınaqdan keçirilmiş, bir müddət “uğur” qazanmış və sonradan ifşa olunmuş belə fırıldaqlar gec-tez bizim ölkəyə də gəlir. Ona görə də indidən ayıq olmaq lazımdır.

Musavat.com

04.09.2024 13:00
783