Yeni dərs ilində BDU tələbələri “Azerçay”a qonaq edildilər  

Doğma çay markamız “Azerçay” müxtəlif sosial layihələrdə yaxından iştirak edir.

Sevilən çay brendi yeni dərs ilinin başlaması ilə Bakı Dövlət və Bakı Slavyan Universitetlərində layihə həyata keçirib.

İlk dərs günündə tələbələr ətirli çaya qonaq olublar.

Qeyd edək ki, milli markamız olan “Azerçay” ölkə daxilində və xarici bazarda daim böyük rəğbətlə qarşılanır. Dünyanın 40-dan artıq ölkəsinə ixrac olunan özünəməxsus dadı ilə süfrələri bəzəyən çay markamız ənənəsinə sadiq qalaraq müxtəlif layihələrdə iştirakını davam etdirəcək.

20.09.2023 20:14
327