Mərkəzi Yəmən sahillərində gəmiyə hücum olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO-ya Yəmənin Moha şəhərindən 54 dəniz mili şimal-qərbdə baş vermiş insident barədə məlumat daxil olub. Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, - məlumatda qeyd olunub.
UKMTO hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları barədə verməyib.