Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələrinin təhvil verilməsi prosesi başlayıb - FOTO

Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.

Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri aparılır.

Musavat.com 

 
30.06.2025 12:39
897