Kiyevdəki ticarət və əyləncə mərkəzlərindən birində baş verən yanğına səbəb yeddi yaşlı uşağın qəsdən törətdiyi yanğın olub.
Bu barədə şəhər polisi məlumat yayıb.
Ukrayna hüquq-mühafizə orqanları yanan mərkəzin və uşağın adını açıqlamayıblar.
“Polis ticarət mərkəzinin təhlükəsizlik xidməti ilə əməkdaşlıq edərək, yanğının əyləncə parkına gələn yeddi yaşlı uşağın qəsdən yanğın törətdiyini müəyyən edib”, - deyə şəhər polisi bildirib.
Kiyev polisi valideynlərin və uşağın ifadə verməyə dəvət edildiyini vurğulayıb.//Publika.az