Azərbaycanın tanınmış yazıçısı, "Yeni Müsavat" Media Qrupunun köşə yazarı Zamin Hacının anası Şüşə xanım vəfat edib.
Musavat.com xəbər verir ki, mərhumənin dəfni Füzuli rayonunda olacaq.
Şüşə xanım həm də TV Musavatın baş redaktoru Sevinc Telmanqızının qaynanasıdır.
Hər iki əməkdaşımıza və mərhumənin digər doğmalarına dərin hüznlə başsağlığı veririk.
"Yeni Müsavat" Media Qrupu