Yaxın 10 ildə Çində qaza tələbat artmağa davam edəcək – CNPC

2024-cü ildə Çində qaza tələbat 6,8 faiz artaraq 420 milyard kubmetrə çatacaq.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Çinin ən böyük enerji şirkəti olan CNPC-nin vitse-prezidenti Huanq Yonçjan Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda açıqlayıb.

Onun proqnozuna görə, Çində qaz istehlakı ən azı 2030-2035-ci ilə qədər artacaq və o zaman 600-650 milyard kubmetrə çatacaq.

Musavat.com

10.10.2024 19:19
219