Yataqxanalarda yaşayanlarla bağlı MARAQLI TƏKLİF

Köç edən məcburi köçkünlərin mənzillərinin müvəqqəti olaraq yataqxanalarda yaşayanlara verilməsi təklif olunur.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində qeyd olunub.

Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.

29.02.2024 11:19
661