Qubada hamilə qadın dəm qazından boğularaq vəfat edib.
Hadisə Quba şəhəri Tağıyev küçəsində yerləşən evin hamam otağında baş verib.
1997-ci il təvəllüdlü Niftəliyeva Fidan Habil qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onu qayınanası halsız vəziyyətdə aşkarlayıb və Fidanın artıq vəfat etməsi məlum olub.
Bildirilir ki, yaşyarımlıq əkiz uşaqların anası olan 27 yaşlı F. Niftəliyeva 4 aylıq hamilə imiş.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)