"YAŞAT" fondunun 3 il müddətində xərclədiyi vəsaitin həcmi açıqlanıb.
Musavat.com xəbər verir verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında deyib.
O qeyd edib ki, xərclər 4 istiqamət üzrə aparılıb: ""YAŞAT" fondunun 3 il müddətində xərclədiyi vəsaitin həcmi 79 484 043 manat təşkil edib".
E.Hüseynov həmçinin bildirib ki, ötən 3 il ərzində fonda 234 637 müraciət daxil olub:
"Çağrı üçün 189 205, qəbul 4510, sosial mediadan isə 40 922 müraciət olub".
Nigar HƏSƏNLİ,
Musavat.com