"Atam həqiqətən də Firəngiz xanımı çox sevib".
Musavat.com azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər "SPACE" telekanalındakı çıxışında deyib.
Atasının Firəngiz xanıma olan hisslərindən danışan Ülkər, bəzi etiraflar edib:
"Atam Firəngiz xanımı həqiqətən də çox sevib. Hətta əməliyyatdan çıxan kimi ilk telefon zəngini də ona etmişdi. Bizə də Firəngiz xanım zəng edib dedi ki, Yaşar əməliyyatdan çıxıb, narkozdan ayılıb. Hətta anam da dedi ki, vallah mənim xəbərim yoxdur heç".
Ülkər, Firəngiz xanımın artıq onlara gəlmədiyini də deyib:
"O artıq bizə də, atamla bağlı çəkilən verilişlərə də getmir. Səbəbi də odur ki, deyir Yaşar haqda danışmaq mənə ağırdır. özü də deyir gedirəm, danışıram Yaşarı xatırlayıram, o stressləri yenidən yaşayıram. Amma əlaqəmiz kəsilməyib. Mən ona deyirəm hər zaman, sən mənim ikinci anamsan. Mənim anam da həm atama, həm onun sənətinə hörmətlə yanaşıb. Atam hər zaman deyərdi ki, o mənə ərə gələndə bilirdi kimə gəlib".