Yasamalda yaşayış binasında yanğın

Yasamal rayonunda Əbdülvahab Salamzadə küçəsində yerləşən yaşayış binalarından birinin zirzəmisində yanğın baş verib.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğın nəzarət altına alınıb.

22.08.2024 00:16
384