Yasamalda qaz xəttindəki qəza ilə bağlı rəsmi - Açıqlama

“Bakının Yasamal rayonunda Xocasən qazpaylayıcı stansiyasından qidalanan, diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində baş verən qəzanın nəticələri aradan qaldırılır”.

Musavat.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildrilib ki, dərhal yaranan problemlə bağlı əraziyə İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub. Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək.

Qeyd edək ki, ötən gündən bəri sözügedən ərazidə qaz xəttində yaranmış problem səbəbindən əhali qazsız qalmışdı.

27.01.2024 13:29
924