Martın 19-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 1300 manat dəyərində televizorun oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar, paytaxt sakinləri Ceyhun Mirzəyev və Rövşən Əzimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.