Yasamalda ağaclar kəsilib, iş hüquq-mühafizə orqanlarına göndəriləcək

Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsi, 1 ünvanında bir neçə ağac kəsilib.

Bu barədə Musavat.com-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Bildirilib ki, faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

22.07.2024 14:05
710