Yaroslavl vilayətinin Tutayev şəhərində baş verən atışma və kütləvi davanın təhrikçiləri yaxınlıqdakı Rıbinsk şəhərindən gəliblər.
Musavat.com “Mash” Telegram kanalına istinadla xəbr verir ki, bu qrupda 20-yə yaxın adam olub. Onlar bir neçə maşınla 50 kilometrə yaxın məsafə qət edib və Tutayevə “haqq-hesab çürütmək” üçün gəliblər.
Tutayevin sakinləri sentyabrın 18-i çərşənbə günü axşam saatlarında atışmalı dava olduğunu bildiriblər. Münaqişə Dementyev küçəsində yerləşən mərkəzi parkın yaxınlığında baş verib. Hadisə şahidləri yaxınlıqdakı binalardakı mənzillərindən hadisəni lentə alıblar.
Dava iştirakçılarını saxlamaq üçün hadisə yerinə xüsusi təyinatlılar və çevik polis bölmələri gəlib. Bildirilir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində 21 nəfər saxlanılıb. Hazırda onların kimliyi və milliyyəti müəyyənləşdirilir.
Medianın məlumatına görə, həbs zamanı gənclər müqavimət göstərərək atəş açmağa başlayıblar. Lakin ilkin məlumatlara görə, ölən və yaralanan yoxdur.
Musavat.com