Yardımlı sakini 13 kiloqram narkotiklə saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Vəliyev Tofik saxlanılıb.
Onun həyətindəki yardımçı tikilidən 9 kiloqram heroin, 2 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1020 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
T.Vəliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhərinə çatdırmağa razılaşdığı müəyyən edilib.
Araşdırmalar davam etdirilir.