Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salıb.
Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan bu addımın Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacağına ümid etdiyini deyir.
Maraqlıdır, paytaxt sakinləri bu barədə nə düşünürlər?
TV Müsavat mövzu barədə paytaxt sakinlərinin rəyini alıb.
Daha ətraflı videosorğuda izləyə bilərsiniz:
Dürrə Həsənova,
Rafət Şahbazov,
Musavat.com