Yaponiyada neftin qiyməti rekord həddə çatıb

Tokio birjasında 1 ton xam neftin qiyməti 658 dollara çatıb.

APA xəbər verir ki, bu, 2008-ci ildən sonra ən yüksək göstəricidir. Cümə günü ilə müqayisədə qiymət 18 dollar bahalaşıb.

Kyodo agentliyi neftimn hələ uzun müddət baha qiymətə satılacağı və xammal bazarında qeyri-müəyyənliyin davam edəcəyini bildirib. Qiymətlər həm də OPEC-in gələn ay neft hasilatına yenidən baxmasından asılı olacaq.

06.06.2022 09:41
687