Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilir

Yaşlı nəslə hörmətli münasibəti ilə tanınan Yaponiyada qeyri-adi bir xidmət yaranıb. Belə ki, artıq turistlər və yerli sakinlər birgə vaxt keçirmək üçün təqaüdçüləri icarəyə götürə bilirlər.

Oxu.Az-ın "Sliva/İrkutsk" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, "Ossan Rental" adlanan yeni xidmət ölkədə sürətlə populyarlıq qazanır.

Elanda deyilir ki, saatda ¥1000 (təxminən 12 manat) ödəniş müqabilində zəngin həyat təcrübəsinə malik bir yoldaş əldə etmək mümkündür. 

"Yaşlı insanlar balıq tutmaq, alış-veriş etmək və ya məşq etmək üçün məmnuniyyətlə yoldaşlıq edəcək, müdrikliklərini və həyat hekayələrini bölüşəcəklər" , - deyə elanda vurğulanır.

Bildirilir ki, bu xidmət dərhal iki problemi həll edir: Darıxan təqaüdçülər boş vaxtlarını dəyərləndirir və əlavə gəlir əldə edirlər, turistlər və yerli sakinlər isə bələdçilərlə müqayisə edilə bilməyən unikal ünsiyyət təcrübəsi qazanırlar.

06.09.2024 11:42
931