Xəbər verildiyi kimi, bu gün Yaponiyanın İşikava prefekturasının sahilində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Musavat.com xəbər verir ki, artıq sunami təhlükəsi də var. Belə ki, Yaponiyada sunami təhlükəsi səbəbindən yerli sakinlər sahil xəttini tərk etməyə və ya binaların damlarına çıxaraq xilas olmağa çağırılır. Dəmiryol operatoru bildirib ki, ölkə zəlzələlərdən sonra Şinkansen yüksək sürətli qatar xidmətlərini də dayandırıb.
Onu da qeyd edək ki, Yaponiyanın mərkəzində 35 mindən çox ev zəlzələ zamanı elektrik enerjisindən məhrum olub.
Afaq,
Musavat.com