Yaponiya ABŞ-la birgə HƏRƏKƏTƏ KEÇDİ - 45000 hərbçi, yüzlərlə texnika...

Yaponiyada ABŞ-la birgə keçirilən "Keen Sword 25" adlı milli müdafiə təlimləri rəsmi olaraq başlayıb.

Musavat.com xəbər verir ki, təlimlərdə Yaponiyanın Özünümüdafiə Qüvvələrinin bütün bölmələri iştirak edir.

Məlumata görə, hər iki tərəfdən təxminən 45000 hərbçi və yüzlərlə hərbi texnika cəlb olunub.

Genişmiqyaslı təlimlər Yaponiyanın bütün ərazisini əhatə edəcək.

Musavat.com

23.10.2024 10:11
521