YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Musavat.com-un xəbərinə görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.

15.12.2023 11:10
832