Yanğının təfərrüatı məlum oldu: Bina sakini danışdı...

“Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən, ötən gün yanğının baş verdiyi yataqxana binasında 11 məcburi köçkün ailəsi məskunlaşıb”.

Bu barədə Oxu.Az-a sakin və hadisənin şahidi Sakit Hüseynov bildirib.

O qeyd edib ki, dünən axşam saat 22 radələrində binada işıqlar sönüb və bir neçə dəqiqə sonra partlayış səsi eşidilib. Bundan sonra yanğın başlayıb.

S.Hüseynov bununla bağlı müvafiq qurumlara məlum verib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, polis əməkdaşları əraziyə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat bir radələrində söndürülüb. Hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib

Qeyd edək ki, binada Qubadlıdan məcburi köçkün düşmüş yeddi ailə, Laçın və Cəbrayıldan dörd ailə məskunlaşıb.

18.01.2024 01:44
1652