Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasındakı yanğında xəsarət alanlar evə buraxılıb.

Musavat.com bildirir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yanvarın 18-də Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, yanğın ötən gün gecə saatlarında başlayıb. Hadisə yerinə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası cəlb edilib. Yanğında 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) "digər qazların toksiki təsiri" diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub. 1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə "digər qazların toksiki təsiri" diaqnozu ilə yerində yardım olunub. 

2 nəfər qadına isə "stresə qarşı kəskin reaksiya" diaqnozu ilə yerində yardım olunub.

18.01.2024 09:48
604