Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq olunub.
Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Xatırladaq ki, bu gün səhər saat 05:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın olub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.