Havanın isti keçməsi ilə əlaqədar ehtimal olunan yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edilib.
Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 13-də respublikanın bəzi bölgələrinda isti və quraq havanın davam edəcəyi gözlənilir. Belə hava şəraitində yanğın təhlükəsi ehtimalı artdığından əhaliyə təbiət qoynunda iş və istirahət zamanı odla ehtiyatlı olmaq tövsiyə edilir.