Türkiyənin Giresun bölgəsindəki yanacaqdoldurma məntəqəsində avtomobildə baş verən partlayış təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, maşına minəndən sonra siqaret yandıran sürücü alovlar içində qalıb.
Avtomobili bürüyən alov yanacaqdoldurma stansiyasının işçiləri tərəfindən söndürülüb. Hadisə yerinə gələn 112 Təcili Yardım əməkdaşları tərəfindən avtomobilin sürücüsü Giresun Dövlət Xəstəxanasına yerləşdirilib.
Musavat.com