Yanacaqdoldurma məntəqəsi yaxınlığında ağır qəza - Yaralı var+FOTOLAR

Salyanda ağır yol qəzası baş verib.

Hadisə Salyan-Noxudlu kənd yolunda qeydə alınıb.

Belə ki, yanacaqdoldurma məntəqəsi yaxınlığında “Mercedes” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzada “Ford”un sürücüsü xəsarət alaraq rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.  (Qafqazinfo)

 

26.07.2025 20:10
454