""Yalı çapkın" serial çəkilişində mənə çox maraq, diqqət və simpatiya var idi. Hətta setə gedəndə oradakı bütün xanımlar mənə yaxınlaşıb dedilər ki, hamı səndən danışır, biz səni daha böyük layihələrdə görəcəyik".
Musavat.com olay-a istinadla xəbər verir ki, bu sözləri Ülviyyə Xalinbəyova qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Epizodik rolda reytinqləri alt-üst edən "Yalı çapkın" serialına çəkilən Ülviyyə setdə türk həmkarlarının ona olan marağından və diqqətindən söz açıb:
"Setdə 100 nəfərə qədər insan vardı. Mənə dedilər ki, heç kim onların diqqətini çəkmir, amma haradan keçirsənsə, hamı sənə baxır və maraqlanır. Təbii ki, mən orada olan aktrisalarda qısqanclıq yaratdım. Əslində məni insanlar başqa cür tanıyırlar. Mən sülh olmasının tərəfdayıram. İş yoldaşlarımda bilirlər ki, mən bu xasiyyətdə insanam. Amma mən qalmaqallardan və davalardan qaçdığım üçün bu şeylərdə mənim arxamca qaçır. Çünki qorxular hər zaman insanı izləyir".
Proqramın aparıcısı İsa Şükürovun ""Yalı çapkın" serialının baş rol ifaçısı Afra Saracoğlu sizi daha çox qısqanıb. Hətta deyilənlərə görə, o istəməyib ki, siz onun kadrlarında olasınız?" sualına Ülviyyənin cavabı belə olub:
"Bu haqda danışmaq istəmirəm. Hər şey göründüyü kimi deyil. Buradan sevə-sevə izlədiklərim orada gedib görəndən sonra dedim ki, bunlar necə fərqlidirlər. Misal üçün Mərt Ramazanoğlunu sevmirdim. O, mənə eqolu və yekəxana biri təsiri bağışlamışdı. Afranı isə çox sevirdim. Gedəndən sonra onu gördüm və fikirlərim dəyişdi. Gördüm ki, Mert orada "çapkın" deyil, yəni o obrazdakı kimi deyil, çox istiqanlıdır. Afra isə soyuqqanlı və eqoludur. Afra çəkilişlərdə gəlib mənimlə ünsiyyət qurdu. Onun bu hərəkəti kəşfiyyat xarakter daşımırdı. Sadəcə olaraq o, mənə eqosunu göstərdi. Amma mən bu haqda geniş danışmaq istəmirəm. Yoxsa onun danışıq tərzini sizə danışardım".