"Yalı çapkını" serialının bu gün yeni bölümü yayımlanmayacaq.
Ekran işinin təkrar bölümü izləyicilərə təqdim olunacaq. Buna səbəb isə bir neçə gün əvvəl Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğının yaratdığı həm matəm ab-havası, həm də kifayət qədər reklamın olmamasıdır.
Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır. (Axşam.az)