Yakutiyada təbii fəlakət: Yaralılar arasında uşaqlar da var - VİDEO

Rusiyanın Yakutiya Respublikasında qasırğa nəticəsində idman oyunları üçün nəzərdə tutulmuş ekran konstruksiyaları və dekorasiyalar dağılıb.

Bu barədə respublikanın rəhbəri Aysen Nikolayev “Telegram” səhifəsində bildirib.

O qeyd edib ki, Boroqontsı kəndində 18 nəfər xəsarət alıb, onlardan üçü uşaqdır.

Rayon rəhbərinin sözlərinə görə, hazırda zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Respublika hökumətinə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görmək tapşırılıb.

04.07.2022 14:36
667