Yağış nə vaxt dayanacaq? - Rəsmi CAVAB

Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun Musavat.com-a verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.

O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.

28.10.2024 10:05
989