Yağıntı sularının sürətlə toplanmasının səbəbi budur - İZAH

Şəhərlərdə kanalizasiya sistemi ayrıdır, yağış sularını aparan drenaj sistemi isə ayrıdır. Bakının dağlıq sahələrinin olması şəhərin mərkəzində yağıntı sularının sürətlə toplanmasına gətirir. Kanalizasiya sistemi bu suları çəkib aparmaq imkanında deyil.

Musavat.com xəbər verir ki, bu fikirləri “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” liqasının sədir Sahib Məmmədov bildirib.

O, fikirlərini belə izah edib:

“Nəzər almalyıq ki, hər gün yalnız Nizami metrosunun yaxınlığında 70 metr dərinlikdə tikilmiş təbii yolla suyun yığışdığı su anbarında suyun səviyyəsini saxlamaq üçün sutkada 3 000 kub şirin su+ metro tunellərində toplanan təxminən sutkada 20 000 kub şirin su kanalizasiya sisteminə ötürülür (əslində istifadə olunmalıdır) o zaman kanalizasiya sisteminin əlavə suları axıtmaq imkanının olmadığı məlum olur. Yağış-drenaj sistemi bəzi küçələrdə əvvəl də var idi, amma sonradan asfaltlama, yolların genişləndirilməsi zamanı onlar bağlandı”.

Nigar HƏSƏNLİ,
Musavat.com

22.10.2024 14:53
2052