104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Əziz Əliyev təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın məşhur yazıçısı Mircəlal Paşayevin 1927-1930-cu illər arasında Gədəbəydə müəllim kimi fəaliyyətini araşdırıb.
O, cəmiyyət üçün maraqlı faktlar aşkar edib, eyni zamanda Gədəbəy mis mədənlərində fəaliyyət aparan alman kapitalistlərinin - Simenslərin cinayətlərini ifşa edən yazıçının əsərləri haqda məlumat toplayıb.
Yadellilərin Gədəbəy mis mədənlərindəki cinayətlərini ifşa edən elm və ədəbiyyat xadimimiz kim olub? - Bu, unudulmaz Azərbaycan aydını, mütəfəkkir pedaqoqumuz Mircəlal Paşayevdən başqası deyildi…
#SəsinizƏzizOlsun