Xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı, Balasanyan Rusiya səfirliyində nələr danışıb? CANLI

Ölkəmizdə keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirirlər. Musavat.com bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin növbəti məşqlərində həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif fəaliyyətləri yerinə yetiriblər.

Plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra edilib. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

Qarabağdan qaçan separatçı Vitali Balasanyan İrəvana gəldikdən sonra şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu.

Onun barəsində qondarma rejimdə başlanmış cinayət işinə xitam verildiyi, oğluna qarşı da işin bağlandığı bildirilib. Qohumları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir.

Məlumata görə, Balasanyan ötən gün Rusiyanın Ermənistandakı səfirliyində olub. Onu səfirlikdən çıxarkən görüblər. Balasanyan boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib.

Görünür, “bağışlanma” prosesini burada axtarmaq lazımdır. Balasanyan bunun müqabilində Rusiyaya işləməli olacaq. Rusiya ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlana bilər.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

21.10.2023 12:01
9623