Xüsusi nümayəndəlikdən Allahverdi Bağırovun büstü ilə bağlı AÇIQLAMA  

Ötən gün Musavat.com-da Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun büstünün yaxın vaxtlarda Ağdamda  qoyulacağı ilə bağlı yazı getmişdi.

Bu barədə Allahverdi Bağırovun qızı, DSX-nin Tibb xidməti kapitanı Aynur Bağırova saytımıza məlumat vermişdi:

“Yaxın vaxtlarda Ağdamda atamın büstü qoyulacaq. Bununla bağlı dekabrın 24-də xüsusi nümayəndə Emin Hüseynovun qəbulunda olduq. Daha sonra onun köməkçisi bizimlə əlaqə saxladı və bildirdi ki, yaxın zamanlarda büst Ağdama aparılacaq”.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyindən Musavat.com-a bildirilib ki, belə bir müraciət olub və hal-hazırda buna baxılır. Qeyd olunub ki, qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Şahanə Rəhimli
Musavat.com

31.01.2025 11:55
1163