Müğənni Xuraman Şuşalı "Səni axtarıram" verilişinə gələrək yardım istəyib.
Sənətçi sinif yoldaşlarını axtardığını deyib.
O bildirib ki, Şuşada birlikdə oxuduğu sinif yoldaşlarını axtarır:
"Şuşada 4 b sinfində oxumuşam. Firəngiz müəllimənin sinfində oxuyurduq. 1992-ci ildə didərgin düşdük. Onda dördüncü sinifdə idim. Qızları tapa bilmirəm. 31 il sonra görüşmək istəyirik, görüş günü də təyin olunub. Bir də gimnaziyada birlikdə oxuduğum 11 v-dəki dostlarımı axtarıram. Onları da 25 ildir görmürəm"./Publika.az