Əməkdar artist Xumar Qədimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, sənətçi şəxsi instarqam hesabında atası İttifaq Qədimovun fotosunu paylaşaraq onu 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə təbrik edib:
"Yaraşıqlı atam, bu gün polis günüdür. Polis peşəsini bizə sən sevdirdin. Atam kimi dəyərli, ədalətli, vicdanlı polislərin peşə bayramı mübarək olsun! Bizim polisimiz bizi qoruyur!"
Məlumat üçün bildirək ki, Xumar Qədimova qardaşını və atasını vaxtsız itirib. Lakin heç vaxt onların məzarı üstünə getməyib. Bu barədə müsahibələrinin birində deyib. 2021-ci ilin yanvarında isə sənətçinin anası dünyasını dəyişib.