Xudatda 53 yaşlı kişi bıçaqlanıb

Xaçmaz rayonunun Xudat şəhərində bıçaqlanma baş verib.

“Report”un Şimal bürosunun xəbərinə görə, 1969-cu il təvəllüdlü Səlimov İslam Hacıbəy oğlu tanıdığı şəxslə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

21.10.2022 03:00
592