Xoşqədəmdən qayınanası ilə bağlı xoşagəlməz sözlər

Aparıcı Xoşqədəm Hidayətqızı açıqlaması ilə diqqət çəkib.

Musavat.com axsam.az-a istinadən xəbər verir ki, o, "Səni axtarıram" verilişində uşaqlıq illərində anası tərəfindən tərk edilən həyat yoldaşı Doğuşun valideynini bağışlamasına münasibət bildirib:

"Mən Doğuş bəyin yerinə olsaydım, anamı qəbul edərdim? Yox... Dörd yaşımda məni atan, taleyin ümidinə buraxan, mənim üçün savaşmayan ananı əsla qəbul etməzdim. İndi o həyatı yaşayan Doğuş bəyin düşüncələrinə baxın... Bəlkə biz də onların yerində olanda belə düşünərdik".

 

11.08.2024 19:10
26602