Xoşqədəm BİABIR ETDİ: "Evli kişi hesabına maşın, ev sahibi olan..." - FOTO

Xoşqədəm Baxşəliyevaya müzakirələrə səbəb olan paylaşım edib.

Musavat.com xəbər verir ki, aparıcı sosial media hesabından ailəsi dağılan xanımın fotosunu paylaşıb.
 
"Bu qadına diqqətlə baxın. Adı Turanədir, ailəsini dağıtdılar. İki bacı bu gün ayrı-ayrı evlərdə yaşayır. Bu qadının səsi oldum, evini, alimentini aldım. İki bacının eyni məktəbdə oxumasına nail oldum. Və qorumaqda da davam edirəm. Yəni əxlaqlı, məşuq hesabına ev, maşın sahibi olmayan qadınlar üçün ölümə belə gedərəm. Gələcək nəsillər əxlaqlı oğul, qız sahibi olmaq üçün biz belə əxlaqlı Azərbaycan qadınlarını qorumalıyıq. Mən qoruyuram və bundan sonra da olacaq. Əxlaqsız, evli kişilərin ailəsini dağıdanlar nəzarətim altındadır. Bu yaxında yeni rəsm, videolarla, səs yazıları ilə başqa evi yıxılan bir yetimi tanıyacaqsınız. Yazıq Şahinlər, Əlilər, Vəlilər məhv olacaqlarını anlayıb, qaçan yetimlər. Əxlaqlı qadınlarınızı qoyub, namusunu, ismətini üç qəpiyə satan, varlandıqdan sonra sizi atan, "xanım" olub əxlaq dərsi keçən, ərə getmək istəyirəm deyib, ər axtaranlardan uzaq olun. Övladlarınız yazıqdır", - deyə, Xoşqədəm Baxşəliyeva qeyd edib.
 
16.12.2023 16:19
2184