"Xoşbəxtliyimdən əlimi üzmüşəm..." - Gülay

"Ailəmdən zəng gələndə həyəcan məni bürüyür. Ölüb-dirilirəm ki, görəsən nəsə deyəcəklər, yoxsa halımı soruşurlar".

Bu sözləri müğənni Gülay Zeynallı "7 tamam" proqramında deyib.

Sənətçi ailəsi ilə bağlı suallara belə cavab verib:

"Həyatda hüzurdan başqa insana heç nə lazım deyil. Hər zaman bu hüzuru özümə arzu etmişəm. Gecə başımı yastığa qoyanda Allahla danışıram, dərdimi bölüşürəm. Sevinirəm ki, övladım, bacılarım, balaları böyüyüb, hansısa bir yerə gəlib çatıblar. Özümdən, xoşbəxtliyimdən əlimi üzmüşəm. Onlar və övladım xoşbəxt olsun, bu, mənim xoşbəxtliyim deməkdir". (Axşam.az)

20.01.2024 23:22
2452