Azərbaycanın Xocavənd şəhərində erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb.
Musavat.com xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.
Xatırladaq ki, ASALA terror təşkilatının ASALA-RM (“revolutionary movement”) qanadının qurucusu olan erməniəsilli Monte Melkonyan Qarabağın işğal olunmuş ərazilərində etnik təmizləmə və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi işlərində fəal iştirak edib.
Melkonyan 1993-cü il iyun ayının 12-də Xocavənd rayonunun Muğanlı kəndində Azərbaycan Ordusunun 22 yaşlı kəşfiyyatçısı İbad Hüseynov tərəfindən məhv edilib.
Həmin görüntüləri təqdim edirik:
@@TVmusavat/69534@@