“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Xocavənddə

“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Xocavənd rayonuna səfəri başlayıb.

Bu barədə APA-nın Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir.

Onlar kəşfiyyatçıların şəhidlik zirvəsinə yüksəldiyi Xocavənd rayonundakı əraziyə gediblər.

Daha sonra isə şəhid ailələrinin Şuşa və Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.

12.04.2024 09:57
1031