Xocalı rayonunda yerləşən Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq “Əsgəran” yarımstansiyasının tikintisinə başlanılacaq.
Musavat.com xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC hazırlıqlara başlayıb.
Məlumata görə, tikinti işləri yekunlaşdıqdan sonra yarımstansiya şəbəkə ilə əlaqələndiriləcək. İşlərin ümumi dəyəri 4,864 milyon manat həcmində qiymətləndirilir.